Bütün Kateqoriyalar
7/24 Dəstək

+994 513197777

Azerbaijani

Mağaza

ÜMUMİ MƏLUMAT

Saytımızı ziyarət edən və ya qeydiyyatdan keçmiş istifadəçi olmağınızdan asılı olmayaraq, saytımızdan istifadə etməklə və sayt vasitəsilə məhsul alaraq bu şərtləri oxuduğunuzu, başa düşdüyünüzü və qəbul etdiyinizi təsdiqləyirsiniz. Xahiş edirik nəzərə alın ki, bu şərtlər hər zaman əvvəlcədən xəbərdarlıq edilmədən dəyişdirilə bilər. Bu şərtlərlə razı deyilsinizsə, saytımızdan istifadə etməyi və sayt üzərindən məhsul alışı həyata keçirməyi dayandırın. “Biz”, “bizə”, “bizim” və “sayt” ifadələri Trend Eleqant, “siz”, “sizin” və “istifadəçi” sözləri isə müştərini ifadə edir. Bu xidmət Azərbaycan, Bakı şəhərində yerləşən Trend eleqant saytına məxsusdur və onun bir hissəsi kimi fəaliyyət göstərir.

İMTİNA BƏYANATI

Veb-saytımızda göstərilən məlumatların dəqiqliyini təmin etmək üçün hər cür səy göstərmişik. Lakin bu məlumatların tamlığı və ya düzgünlüyü barədə zəmanət vermirik və veb-saytımızda baş verə biləcək səhvlərlə bağlı məsuliyyəti qəbul etmirik. İstifadəçilər saytımızdakı məlumatlara əsaslanaraq etdikləri hərəkətlərə görə özləri məsuliyyət daşıyırlar.

MÜŞTƏRİ PROFİLİ

Saytımızda qeydiyyatdan keçmək üçün qeydiyyat formasında tələb olunan müəyyən məlumatları təmin etməli və istifadəçi adı və şifrə yaratmalısınız. Şifrənizin məxfiliyini qorumaq sizin məsuliyyətinizdir. Şifrənizi üçüncü şəxslərlə paylaşmamalısınız. Məxfilik Qaydalarımıza uyğun olaraq, şəxsi məlumatlarınızı sifarişlərinizi yerinə yetirmək və digər məhdud məqsədlər üçün istifadə edəcəyik. Qeydiyyat zamanı verdiyiniz məlumatların düzgün və tam olmasına əmin olun.

MƏHSULLAR

Veb-saytımızda orijinal və orjinal olmayan lakin yüksək keyfiyyətli məhsullar təklif edirik. Müştərilərimizə məhsulların tam təsvirini verməklə yanaşı, onları vizual olaraq da təqdim edirik.

MƏHSULUN MÖVCUDLUĞU

Sifariş qəbul edilmədikdə, veb-saytımızda göstərilən məhsulların təsviri, qiymətləri və mövcudluğu ilə bağlı məlumatları istənilən vaxt dəyişdirmək hüququna malikik.

QİYMƏTLƏR

Veb-saytımızda məhsulların qiymətləri göstərilir və bu qiymətlər onlayn alqı-satqı üçün nəzərdə tutulub.

ÖDƏNİŞ

Ödənişləri Azərbaycan manatı ilə Visa və MasterCard kredit/debit kartları vasitəsilə onlayn və ya kuryerlərə nağd şəkildə qəbul edirik. Credit Card Online” ödəniş üsulunu seçdikdən sonra Müştəri İD-də göstərilən məlumatlar kredit kartında qeyd olunan məlumatlarla tam uyğun olmalıdır.

Alışveriş Kartı
Giriş

Henüz bir hesabınız yoxdur?

0 Müqayisə
0 Bəyəndiklərim
0 Mallar Səbət
Mağaza